Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri ilə şagirdlərin tanışlığı

Oktyabrın 22-də məktəbin kitabxana müdiri Təranə Qafarovanın təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri ilə şagirdlərin tanışlığı oldu. Təranə xanım şagirdlərə şairin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını bildirdi. Nizami Gəncəvinin 880 illiyi məktəbimizdə silsilə tədbirlərlə geniş qeyd edilir.