“GİGİYENA QAYDALARINA NECƏ ƏMƏL EDİRƏM?” MÖVZUSUNDA MAARİFLƏNDİRMƏ SÖHBƏTLƏRİ APARILDI

Oktyabrın 21-də məktəbin tibb bacılarının iştirakı ilə şagirdlərlə “Gigiyena qaydalarına necə əməl edirəm?” mövzusunda maarifləndirmə söhbətləri aparıldı. Pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində şagirdlərin üzərlərinə düşən məsuliyyətlər, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri, koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi