Şahmat turnirində uğur qazanan şagirdimiz

    Məktəbin 10 “B” sinif şagirdi Rüfət Əsədov “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin (4 nömrəli İOEUGİŞM) 02 fevral – Gənclər gününə həsr olunmuş şahmat üzrə təşkil etdiyi təsnifat turnirində II dərəcə almaq uğrunda ikinci yeri tutduğuna görə diplomla təltif edilmişdir. Bundan əlavə “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İOEUGİŞM-nin 16 yaşadək oğlanlar arasında Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr edilmiş Respublika Şahmat turnirində üçüncü yeri tutduğuna görə diploma layiq görülmüşdür.  Əldə etdiyi uğura görə məktəbin direkrotu S.Mehdi-zadə R.Əsədovu təbrik etmiş, gələcəkdə qatılacağı bütün yarışlarda ona uğurlar arzulamışdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi