Suraxanı Rayon Heydər Əliyev Mərkəzinə növbəti ekskursiya

Yanvarın 17-də  məktəbin 7-8-ci sinif şagirdləri Suraxanı Rayon Heydər Əliyev mərkəzində ekskursiyada oldular. Ilk dəfə bu mərkəzdə olan şagirdlər ətrafa heyrətlə baxırdılar. Bələdçi tərəfindən  şagirdlərə Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verildi.  Bələdçi Ulu Öndər Heydər Əliyevin 20 Yanvarla bağlı olan sərəncamlarının surətini şagirdlərə nümayiş etdirdi. Bu ekskursiya  iştirak edən şagirdlərdə zəngin təəssüratlarla yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi