Qanlı Yanvar

Yanvarın 17-də  285 nömrəli tam orta məktəbin  X sinif şagirdləri Qanlı 20 Yanvar hadisələrinin  XXX  ilini yad etdilər. Məktəbin direktoru Səfurə Rəhimova, tərbiyə işləri üzrə direktor müavini Rəna Quliyeva , tarix və ədəbiyyat müəllimləri  o qanlı gecə haqqında şagirdlərə məlumat verdilər.  O məlumatlar ki,  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Şagirdlər şəhidlərimizə , qanlı gecəyə həsr edilmiş şerlər , mahnılar səsləndirdilər. İçlərindəki kədəri  sanki o gecəni gözləri ilə görmüş kimi çəkdikləri rəsmlərdə əks etdirmişdilər.  Sonda şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx  izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi