Bilik Günü qeyd edildi.

Bu gün məktəbimizdə Bilik Günü qeyd edildi. İnanırıq ki, bu tədris ili hər kəs üçün uğurlu olacaq. Çünki Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Cənab prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.
Əziz müəllimlər, şagirdlər və valideynlər sizi 15 sentyabr – Bilik Günü münasibətilə ürəkdən təbrik edir, sizlərə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.