Pedaqoji Şuranın növbəti iclası keçirildi.

12.09.2025-ci il tarixində məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasda məktəbə təyin edilmiş yeni müəllimlər kollektivlə tanış edildi. Azərbaycan Respublikası Təhsil İnstitutunun həyata keçirdiyi “Müasir Metodist” layihəsi çərçivəsində bir sıra təlimlər təşkil olunmuşdur. Bu təlimlərdə məktəbin İngilis dili müəllimi Şəbnəm Hacıyeva da iştirak etmişdir. Şəbnəm müəllimənin məktəbə Metodist kimi təyin edilməsi kollektivə təqdim edildi. Sonra gündəlikdə duran məsələlər müzakirə olundu.