"Multikulturalizm və tolerantlıq" mövzusunda dərs

Məktəbin “İllk Fəaliyyət Planı”na əsasən 20 oktyabr 2023-cü il tarixində 3 ə sinif müəllimi Nailə Rəhimova Azərbaycan dili dərsində "Multikulturalizm və tolerantlıq" mövzusunda söhbət apardı. Multikultural dəyərlərimiz, ölkədə tolerantlığın yüksək səviyyədə inkişafı, eləcə də müxtəlif xalqların mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli geyimləri və s. haqqında məlumat verildi. Şagirdlər Azərbaycan xalqının qonaqpərvər, sülhsevər olmasını vurğuladı və dünya xalqlarını həmrəy olmağa səslədi.
Sinfin qızları müxtəlif xalqların milli baş örtüklərini nümayiş etdirdilər. Sonda sinfimizin idman sahəsində birincilik qazanmış şagirdi M.Turan Dövlət Himnimizin sədaları altında bayrağımızı qaldırıb sinfə daxil olması ilə bunun xalqımız üçün necə qürurverici hiss olduğunu nümayiş etdirdi.