"Həmrəy olsun xalqimiz" adli “Açiq dərs”

Məktəbin "İllik Fəaliyyət Planı"na əsasən 3 b sinfinin Azərbaycan dili dərsində "Həmrəy olsun xalqimiz" adli “Açiq dərs” keçirildi. Şagirdlər birliyi, həmrəyliyi, tolerantlığı əks etdirən plakatlar hazirladılar. Yazılan şüarlarda isə insanların sülh istəməsi, digər xalqların nümayəndələrinə hörmət, birlik, bərabərliyin vacibliyi öz əksini tapmışdı.
Uşaqların təqdimatında "Yaşa Azərbaycan" mahnısı səsləndirildi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyini əks etdirən səhnəcik təqdim edildi. Rusiyanın Kaluqa vilayəti üzrə diaspor sədri Əbülfət Qurbanovun şagirdlərə ünvanladığı audiomüraciət onların marağına səbəb oldu.Açıq dərsdə direktor müavini Bəsti Nəsibova və ibtidai sinif müəllimi Aysel Əliyeva iştirak etdilər.