"Bu zəfərin mübarək!" adlı tədbir

  Məktəbin ibtidai sinif müəllimi Kəmalə Əhmədova rəhbərlik etdiyi 3 b sinif şagirdlərinin iştirakı ilə 17 oktyabr-Füzulinin işğaldan azad olunmasına həsr olunmuş "Bu zəfərin mübarək!" adlı tədbir keçirtdi. Tədbirdə Füzulinin azadlığı uğrunda vuruşaraq şəhidlik zirvəsinə ucalmış Səid Rəşidzadənin atası və əsgər yoldaşları iştirak edirdilər. Şagirdlər hazırladıqları şeirləri, səhnəcikləri təqdim etdilər. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun yaşatdığı bu zəfərdən qürur duyduqlarını nümayiş etdirdilər. Sonda 3 b sinfinə şəhid baş leytenant Səid Rəşidzadənin adı verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi