Dilimizi qoruyaq

    Ana dili ən böyük mənəvi dəyərimizdir. Bu dəyəri qorumaq, onu yad ünsürlərin təsirindən uzaq tutmaq bizim vətəndaşlıq borcumuzdur. Bu borcun ağırlığını daşımaq isə daha çox məktəbin, xüsusən də, müəllimin çiyninə düşür. 9 d sinif şagirdləri və Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova da bu borcun ağırlığını, məsuliyyətini ”necə daşımaq olar?” sualı ətrafında “Dəyirmi masa” keçirdilər. Dilimizin tarixi, inkişafı və bü günü haqqında danışan iştirakçılar öz fikirlərini böyük söz ustalarının dilimizlə bağlı deyimləri ilə təsdiqləməyə çalışdılar. B. Vahabzadə, M. Araz, X.R. Ulutürk, T. Bayram yaradıcılığının incilərindən nümunələr gətirərək ana dilimizin saflığı və qorunması yolunda yorulmadan çalışacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi