“Yol hərəkəti qaydaları və yol nişanları” mövzusunda dərs

Bu gün məktəbin ibtidai sinif müəllimi Şəlalə İsmayılova rəhbərlik etdiyi 1 a sinif şagirdləri ilə “Yol hərəkəti qaydaları və yol nişanları” mövzusunda dərs keçdi. Sinif rəhbəri mövzu haqqında şagirdlərə geniş məlumat verdi. O qeyd etdi ki, yol hərəkəti qaydaları yolda, küçədə insanların təhlükəsizliyini təmin edir, onların həyatını qoruyur. Şagirdlər ayrı-ayrılıqda yol nişanları barədə bilik və bacarıqlarını nümayiş etdirdilər, yolda hərəkət, yol nişanları, işıqfor və keçidlər haqqında məlumat verdilər