Körpə fidanların ilk dərs günü

Oktyabrın 2-si bir çox məktəblərdə olduğu kimi bizim məktəb də məktəbəhazırlıq qrupu uşaqlarını qarşıladı. Onlar məktəbə ilk qədəmlərini qoyurdular.Bu münasibətlə məktəbin ibtidai sinif müəllimi İlahə Əsədova qrup uşaqlarını təbrik etdi. Bu dönəmin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini söylədi. O bildirdi ki, məktəbəhazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zamanda məktəbə, kollektivə daha tez alışır, əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir. Bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir. Müəllim sonda bir daha uşaqlara uğurlar dilədi.