Vətən Var Olsun

 

    27 Sentyabr Vətən müharibəmizin başlanma tarixidir. 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın şücaəti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. 27 sentyabr tarixindən, xalqımızın vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artiq 3 il ötür. Bu münasibətlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Əliyevanın  rəhbərliyi ilə 5 a sinfində “Anım Günü” ilə bağlı “Vətən Var Olsun!” adlı tədbir keçirildi. Şəhidlərimizin ruhu dərin ehtiramla yad edild. Şagirdlər 44 gün davam edən və tarixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsindən bəhs  etdilər və şeirlər səsləndirdilər.

#QarabağAzərbaycandır !    Vətən Var Olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi