"Şəhidlərimizin ehtiramla yad edək!" ədəbi, bədii gecə

27 sentyabr tarixində İbtidai sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə Turan Məhərrəmov adına 2 Ç sinfində "Şəhidlərimizin ehtiramla yad edək!" ədəbi, bədii kompozisiya adlı gecə keçirildi. Tədbirdə şəhidimiz Turan Məhərrəmovun yaxınları da iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında şeirlər və vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi. Sonda şəhidimiz Turan Məhərrəmovun yaxınları ürək dağlayan xatirələri paylaşdılar. Şagirdlərlə xatirə şəkili çəkdirdilər.
#QarabağAzərbaycandır Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!