31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl törətdikləri soyqırım məktəbimizin tarix müəllimi Usubalıyeva Aksananın rəhbərlik etdiyi VI “F” sinif şagirdlərinin təqdimatında anıldı. Sonda direktor Dadaş Əliyev tarixi yaddaşımızdan silinməyən 31 Martla birlikdə Müzəffər ordumuzun 44 günlük Qələbəsindən, Ali Baş Komandanımız İlham Əliyevin Zəfər yolunda atdığı böyük addımlardan danışdı.