“Azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi” mövzusunda diskusiya

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.
Bu fikirləri rəhbər tutaraq məktəbin direktoru Dadaş Əliyev şagirdlərlə “Azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi” mövzusunda şagirdlərlə diskusiya apardı.
O qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir.