“Müəllim-şagird münasibətlərinin düzgün qurulması” mövzusunda maarifləndirici söhbət

İstər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir.
Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır.
Məktəbin psixoloqu Nurlanna Əhmədova 8”G” sinif şagirdləri ilə “Müəllim-şagird münasibətlərinin düzgün qurulması” mövzusunda maarifləndirici söhbət apardı.O qeyd etdi ki, düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.
Təlim o vaxt effektli alınır ki, müəllim şagirdin fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş şagirdin şəxsi keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir.