“Gəlir yazım, çalır sazım” ədəbi-bədii kompozisiyası

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Bu xalq bayramını VII”B” sinfinin şagirdləri ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseynova Səbinə təşkil etdiyi “Gəlir yazım, çalır sazım” adlı Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiyada qeyd etdilər. Ədəbi-bədii kompozisiyada “Lalələr”, “Səməni” rəqsləri və xalqımızın birlik rəqsi olan”Yallı” rəqsi şagirdlərin ifasında çox maraqlı alındı. “Kosa və Keçəl”ə aid səhnəcik və haxıştalar şagirdlərin yaddaşında dərin iz buraxdı.