“Novruz-bayramların şahısan” adlı tədbir

Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.
Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı!
Məktəbin İlqar Mirzəyev adına 3”B”sinif şagirdləri sinif rəhbərləri Səidə Zülfüqarovanın təşkilatçılığı ilə “Novruz-bayramların şahısan” adlı tədbir keçirdilər. Səidə müəllimə bu bayram və adət-ənənələri , tarixi haqqında məlumat verdi. Qeyd etdi ki, Novruz təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Uşaqlar Novruzu təcəssüm edən Kosa, Keçəl ilə müxtəlif oyunlar oynayıb, boyanmış yumurta döyüşdürdülər. Novruz bayramını canlı-canlı yaşayan şagirdlərin sevinclərinin həddi-hüdudu yox idi.