İrəvan Müəllimləri Seminariyası

    İrəvan Müəllimləri Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamı milli yaddaşın bərpasına hədəflənib. Məktəbimizdə bu tarixi hadisə ilə bağlı silsilə tədbirlər keçirilir. İrəvan Müəllimləri Seminariyası 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksək ixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır.

Xalqımızın bir sıra tanınmış nümayəndələri maarif fədailəri- Həmid bəy Şahtaxtinski, Tağı bəy Şəfiyev, Vahid Musabəyov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan Müəllimləri Seminariyasında almışlar.

Martın 16-da məktəbin kitabxanasında bu seminariyanın fəaliyyəti ilə bağlı “Dəyirmi masa” keçirilmişdir. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqova Xalidə, kitabxanaçılar Quliyeva Nuridə və Əlixanova Səyyarənin təşkilatçılığı ilə Dəyirmi masa VIII”E” sinfində təşkil olundu. Uşaqlara bu seminariyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi. Uşaqlar da öz növbəsində hazırladıqları çıxışlarını təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi