“Qadınlar müharibəyə qarşı” şuarı altında “Dəyirmi masa”

  

Məktəbin ingilis dili müəllimi Təhməzova Gülmirənin təşkilatçılığı və istedadlı şagirdlərin iştirakı ilə “Qadınlar müharibəyə qarşı” şuarı altında “Dəyirmi masa” keçirildi. Şagirdlər gözəl vətənimiz, candan əziz analarımız, vətən yolunda canından keçən şəhid oğul və qızlarımız haqqında topladıqları məlumatları təqdim edərək onların şərəfinə şeirlər söylədilər. Onlar qeyd etdilər ki, Azərbaycan qadını ürəyi təmiz və qürurlu qadındır, onlar sülh və əmin-amanlıq istəyirlər. Öz canından çox övladını, qardaşını, yaxınını düşünən bu müqəddəs varlıq yeri gələr özü düşmən qarşısında sipər olar, ancaq sevdiklərinin telinə zərər gəlsin istəməz.

Tədbirin sonunda Gülmirə xanım qeyd etdi ki,bizim mərd qadınlarımız hər zaman müharibəyə qarşı olub, sülhü sevib və məhz bu ideallarla övladlarını böyüdürlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi