“Bahar çələngi” layihəsi

Məktəbin 4”E” sinif şagirdləri də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Bahar çələngi” adlı layihəyə qoşuldu. Belə ki, sinif rəhbəri Fənurə Mühacirovanın təşkilatçılığı ilə 4"E" sinfinin şagirdləri “Bahar çələngi” adlı Novruz guşəsi və divar qəzeti hazırlayaraq həmyaşıdlarını mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə xalqımızın zəngin, qədim köklərə dayanan adət-ənənələri barədə məlumatlandırmağa çalışdılar.