İrəvan Müəllimlər Seminariyası- 140 illik

Irəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. XIX əsrin II yarısından etibarən Cənubi Qafqazda “maarifçilər hərəkatı” geniş vüsət aldı. Dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu dövrə təsadüf edir. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən biri olub, geniş mədəni-maarif işləri aparmışdır.
Məktəbimizdə Təhsil Nazirliyinin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı “Tədbirlər planı” çərçivəsində keçirilən silsilə tədbirlərə start verildi.
Bu tədbirlərdən biri də məktəbimizin kitabxanasında keçirilmişdir. Bu seminariyanın əsas simalarından olan Firidun bəy Köçərlinin həyatı və fəaliyyəti haqqında 9”E” sinif şagirdləri ilə disput keçirilmişdir. Disputda məktəbimizin kitabxana müdiri Quliyeva Nuridə şagirdlərə Firidun bəy Köçərlinin həyatı və fəaliyyəti haqqında geniş məlumat verərək onun seminariyadakı fəaliyyəti barədə danışdı. Şagirdlər hazırladıqlarə təqdimatları, araşdırmaları təqdim etdilər.
Sonda Firidun bəy Köçərlinin həyatından bəhs edən videoçarx nümayiş olundu.