“Peşələr” mövzusunu öyrənərkən

Müəllim tədris etdiyi fənni uşaqlara sevdirmək üçün müxtəlif metodlardan istifadə edir. Burada müxtəlif mahnı, oyun, əyləncəli viktorinalar da tətbiq edilə bilər. Məktəbin ibtidai sinif müəllimi Məmmədova Xatirə rəhbərlik etdiyi 0”A” məktəbəhazırlıq sinfində “Peşələr” mövzusunun tədrisi zamanı əyani olaraq oyuncaqlardan istifadə edərək dərsi daha maraqlı və əyləncəli etmişdir. Bununla o, uşaqların da yorulmadan öyrənməsinə şərait yaradır. Uşaqlar da öz növbəsində sevərək, əylənərək öyrənirlər.