“Müharibəyə yox” adlı layihə

Müharibə! Sənin ayaq basdığın yerlər,sənin qonaq gəldiyin evlər nədən belə viran olur?
Müharibənin törətdiyi acılardan ən çox zərərçəkən uşaqlardır. Onlar aydın səma, dinc həyat, analı-atalı ömür istəyirlər. Bu istəyi ifadə etmək və dünyamızı aydın görmək arzusu ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 8”Ə” sinfinin sülhsevər uşaqları ilə “Müharibəyə yox” adlı layihə təqdim etdi.
Bütün silahlara yox!
Bütün acılara yox!
İnsana və insanlığa zərbə vuran müharibələrə yox!
Bu şüarlar inşa, şeir və divar qəzetlərində öz əksini tapdı. Ancaq bunların içərisində insana sevgi xüsusi vurğulandı.