Risk qrupuna düşməyək

Ailədə uşaqların düzgün tərbiyə olunması təhsil müəssisələrində və cəmiyyətdə özünüidarədə xüsusi rol oynayır. Xüsusən də, yeniyetməlik dövründə problem yaşayan uşaqların valideynləri daha məsuliyyatli olmalıdırlar. Məhz bu amili nəzərə alaraq məktəbin psixoloqu Nurlanna Əhmədova “Risk qrupu”na daxil olmaq ehtimalı olan uşaqların valideynləri ilə görüş keçirdi. Görüşdə məqsəd uşaqların bu qrupa düşməməsi üçün valideyn nə etməlidir? Uşaqlarla ünsiyyəti necə qurmalıdır? Valideyn-övlad dostluğu xəttində ata və ana hansı mövqedə olmalıdır? Və sair suallar ətrafında çıxışlar edildi. Görüş- balalarımızla yaxın dost olaq, onlar rahatlığı özgə yerlərdə axtarmasın, çünki sonra gec olar fikri ilə yekunlaşdı.