“İmtahan həyəcanı və aradan qaldırılması yolları” mövzusunda seminar

Bu gün məktəbin psixoloqu Nurlanna Əhmədova IX və XI sinif şagirdləri ilə qarşıdakı buraxılış və qəbul imtahanları ilə əlaqədar “İmtahan həyəcanı və aradan qaldırılması yolları” mövzusunda seminar keçirdi. O bildirdi ki, imtahan nəticəsindən asılı olmayaraq bizə çox şey öyrədir. Bura çətin situasiyalarda təslim olmamaq və uğursuzluqla qarşılaşdıqda belə yalnız irəli getmək arzusunu da daxil eləmək olar. İmtahanın uğurlu olması üçün imtahana hazırlığın düzgün aparılması çox vacibdir. Valideynlər və ya imtahana hazırlaşanın özü dərslərə, imtahana hazırlıq rejiminə nəzarət etməlidir. Uşağın çox yüklənməsinə yol vermək olmaz və ona istirahət hüququ vermək lazımdır. Uşaq dərslərini daha yaxşı hazırlasın deyə evdə onun üçün rahat şərait yaradılmalıdır. Seminar boyu şagirdlərə videoçarx və slaydlar göstərildi, onları maraqlandıran suallar cavblandırıldı. Sonda Nurlanna xanım qeyd etdi ki, hər zaman pozitiv düşünməyə çalışın, özünüzə inanın, bacaracağınıza əmin olun. Əgər xəyalını qura bilirsinizsə, deməli realını da edə biləcəksiniz.