"Xocalı- bir ananın fəryadı, bir körpənin naləsi" mövzusunda Təşkilat saatı

    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Hüseynova 6"E" sinif şagirdləri ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı "Xocalı- bir ananın fəryadı, bir körpənin naləsi" mövzusunda Təşkilat saatı keçirdi. Şagirdlər faciə haqqında topladıqları məlumatı təqdim etdilər. Xocalı və və onun qurbanları ilə bağlı şeirlər söyləyib, mahnı oxudular. Soyqırıma həsr olunan səhnəcikdə oğlunu səngərə göndərən ananın narahatlığı, şəhid olduqdan sonra fəryadı, amma yenə də məğrur əyilməz qadın təsvir olunurdu. Şagirdlərə "Xoca" filmindən fraqmentlər təqdim edildi. Sonda Səbinə müəllimə qeyd etdi ki, bu gün uşaqların yaddaşında silinməz bir iz, gələcək nəsillərə ötürüləcək və unudulmayacaq tarixdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi