“Layla, Xocalım, layla” adlı bədii gecə

Məktəbin Xudayar Yusifzadə adına 4”Ç” sinfində “Layla, Xocalım,layla” adlı bədii gecə keçirildi. Gecədə məktəbin direktor müavini Nəsibova Bəsti və bir neçə ibtidai sinif müəllimi iştirak etdi. Tədbir sinif rəhbəri Eyvazova Rubanın çıxışı ilə başladı. Burada məqsəd düşmənə nifrət hissi oyatmaq, beyinlərə həkk olunmuş o dəhşətli gecəni bir daha canlandırmaqdır. Tədbirin sonunda Şəhidlər Xiyabanı ziyarət olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.