“Qisas qiyamətə qalmadı”

    1992-ci il. Xocalı dəhşəti. Bu dəhşəti yaşamaq nə qədər çətindirsə, onu ifadə etmək, cəmiyyətə çatdırmaq, bu faciəni daşımaq qədər ağırdır. Amma nə qədər ağır olsa da, 30 ilin acısını nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Məktəbin Tarix müəllimi Əhmədova Səriyə xalqın 30 illik acısını bölüşmək məqsədi ilə “Qisas qiyamətə qalmadı” adlı tədbir keçirdi. Tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini səhnədə canlandırmağa çalışdılar. Şahidlərin tükürpədici müsahibəsi, şagirdlərin vətən dolu çıxışları, sazın ”Ruhani” sədaları ruhumuzu bir daha sarsıtdı.

Suraxanı rayonu icra Hakimiyyətinin əməkdaşları Lamiyə Cabarova, Azad Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın əməkdaşı Salman Əbdülovun iştirakı ilə keçirilən tədbir Ali Baş Komandanının rəhbərliyi ilə qazanılmış qələbəmizin əbədi olması arzusu ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi