21 Fevral Beynəlxalq Ana Dili Günü

Ana dilimiz milli kimliyimiz, varlığımızdır. Ana dilimiz əsrlərin sınağından çıxan alınmaz qalamızdır. Ana dilimiz dünənimiz, bu günümüz, sabahımızdır. Dilimizin tarixini şagirdlərimizə öyrətmək, onu sevdirmək, onu uca tutmaq hər birimizin borcudur.
7”Ç” sinif şagirdləri də bu gün dilimizə olan sevgilərini özlərinin təqdimatları ilə nümayiş etdirdilər. Bu günün - 21 Fevral Beynəlxalq Ana Dili Gününün tarixindən danışdılar. Dilimizi yaşadıb, onu həmişə uca tutan dahilərimizdən söz açdılar.
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqova Xalidə dilimizi sevməyi, onu qorumağı bu dildə yazılmış qiymətli ədəbiyyatımızı oxumağı onlara tövsiyə etdi.