"Ana dilim şirindir" adlı təqdimat

Məktəbin ibtidai sinif müəllimi Əhmədova Kəmalə rəhbərlik etdiyi 1”B” sinif şagirdləri ilə 21 Fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş "Ana dilim şirindir" adlı təqdimat keçirdi. Şagirdlər dahi insanların dil haqqında dedikləri kəlamlardan, şeirlərdən,özlərinin dil haqqındakı fikirlərindən ibarət hazırladıqları kitabçaları təqdim etdilər. Müəllimə onların təqdimatını bəyənərək alqışladı və bildirdi ki, ulu öndərimiz H.Əliyevin də dediyi kimi: "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının böyük milli sərvətidir. Hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini bilməlidir". Bu dil bizə əcdadlarımızdan bir mirasdir. Biz bu dili sevməli,v qorumalı və gələcək nəsillərə ötürməliyik.