“Ana dilimizi qoruyaq” adlı tədbir

İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir. Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə, o yenə dilsiz sayılır. 21 Fevral Beynəlxalq Ana dili günüdür. Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Talıbova Şəlalə 7”Ə” sinif şagirdləri ilə “Ana dilimizi qoruyaq” adlı tədbir keçirdi. Tədbirdə şagirdlərin ifasında şeir, kəlam, saz, tar ifaları dinlənildi, səhnəciklər təqdim olundu. Məktəbin direktoru Dadaş Əliyev tədbiri yüksək qiymətləndirərək uşaqların çıxışlarını alqışladı və onlara uğurlar arzuladı.