30 illik acımız

Xocalı! Sənin sinənə çəkilən dağ nə qədər zaman, nə qədər ömür keçsə də, unudulmayacaq. Bu ağrı, bu inilti hər yeni doğulan körpənin belə, ruhuna, qanına hopmuşdur. Çünki bu soyqırım nəinki insanlığa, hətta Yaradanın özünə belə vurulan ləkədir.
Xalqımızın qəlb yarası Xocalı qətliamından 30 il keçsə də, yeni və köhnə nəsillər bu faciə haqqında hər dəfə yeni məlumatlar əldə edir, yeni-yeni faktlarla üzləşirlər.
Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən də 8”Ə” sinif şagirdləri ilə faciə qurbanlarını yad edib onların acı taleləri ilə bir daha üz-üzə gəldilər. Faciə qurbanları haqqında geniş məlumat, acı xatirələrlə dolu təqdimat hazırlayanlar şeirlər və bayatılarla onların ruhunu şad etməyə çalışdılar. Sonda isə şanlı ordumuzun bu yaraları az da olsa, sarıdığını və azad etdikləri torpaqların əzəli və əbədi sakinlərini gözlədiyini vurğuladılar.