Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq!

Məktəbin psixoloqu Nurlanna Əhmədova VII sinif şagirdləri ilə “ Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq” mövzusunda maarifləndirici söhbət apardı. O qeyd etdi ki, informasiya texnologiyalarının həyatımızın bir parçasına çevrildiyi bir vaxtda onların insana vurduğu zərər də danılmazdır.Uşaqların gələcək təhsil və inkişaflarında bu texnologiyanın çox vacib rol oynaması faktı ilə yanaşı kompüterin sağlamlıq və psixoloji baxımdan mənfi təsirləri də var. Təbii ki, kompüterin qarşısında çox oturmaq görmənin zəifləməsinə səbəb olur, daima qolların döş qəfəsinə sıxılması şəraitində oturmaq döş qəfəsinin hərəkətinin məhdudluğuna və nəticədə astma və digər tənəffüs yolları-ağ ciyər xəstəliklərinin yaranmasına gətirirb çıxarır. Kompüter istifadəçiləri müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər. Kompüter və telefonun xeyir və zərərlərindən danışan şagirdlərə bu mövzuda videoçarx nümayiş olundu.