Üçrəngli bayrağı öz qanlarıyla Vətən göylərinə çəkdi şəhidlər!

Məktəbin ibtidai sinif müəllimi Əhmədova Kəmalənin rəhbərliyi ilə 1”B” sinfində keçirilən Təşkilat saatı 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olundu.1990-cı ilin yanvarında  Sovet ordusunun əsgərləri silahlarla, tanklarla paytaxtımıza girdilər. Onlar azad, müstəqil yaşamaq istəyi ilə küçələrə axışan dinc insanlara atəş açdılar, onları tankların altında əzdilər. Lakin onlar xalqımızın iradəsini qıra bilmədilər, Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu.

20 Yanvar yalnız ümumxalq faciəsi kimi deyil, həm də azadlığın zirvəsi kimi əbədi yaddaşlarda qalacaq.

Şagirdlər "20Yanvar"a həsr olunmuş şeirlər söylədilər,hazırladıqları  səhnəcikləri təqdim etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi