Xalqımızın qan yaddaşı- 20 Yanvar

Sən elə bir tarixsən ki, həm qürurumuz, həm millətçiliyimizin daş yaddaşına çevrilmisən. Ümumxalq hüzn günü olmaqla yanaşı, Ümumxalq şərəf günüsən. Bu şərəfli günün tarixi səbəbləri, bu səbəblərin yaranması hər birimizin örnək salnaməsidir.

Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən də 5”A” sinfinin vətənpərvərləri ilə bu günü şərəf tariximiz kimi qeyd etdi. 20 Yanvar tarixi ilə bağlı divar qəzetləri, şeir nümunələri, əvəzsiz məlumatlarla sanki həmin günü bir anlıq yaşamağa çalışan uşaqlar qürur hissi duyurdular. Onlar “Azadlıq toxumu səpən” yaşıdları İlqarla Larisanı da yad edərək, onların layiqli davamçıları olacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi