“Bir-birimizi necə görmək istəyirik” adlı treninq

Uşaqlarda yetkinlik dövrünə keçidlə bağlı müxtəlif psixodiaqnostik testlər, diskusiyalar, rəngli işlər aparan psixoloq Nurlanna Əhmədova bu dəfə də 6”Ə” sinfində “Bir-birimizi necə görmək istəyirik” adlı treninq keçirdi. Oğlan və qızların bir-birində görmək istədikləri keyfiyyətlərin açılmasına çalışan psixoloq uşaqlarda mənəvi dəyərlər, bu dəyərlərə hörmət hissinin inkişafına çalışdı. Şagirdlərin də fəal iştirak etdiyi treninq gələcəkdə əsl kişi və qadın xarakterlərinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcək.