“Polad Həşimov adına 3c sinif” vətənpərvərləri ilə Milli Qəhrəmanı yad edirik

Vətən qəhrəmanlarını tanımaq və onları tanıtmaq hər birimizin müqəddəs borcudur. Bu borc elə-belə boğazdan yuxarı deyil, işlə, əməllə təsdiqini tapmalıdır. İbtidai sinif müəllimi Bədəlova Könül də “Polad Həşimov adına 3c sinif” vətənpərvərləri ilə Milli Qəhrəman Polad Həşimovun xatirəsini yad etdilər.

Milli Qəhrəmanın anası Səmayə xanım, bacısı Kəmalə xanım, yüzlərlə Polad sevərlərin və eləcə də bir qrup valideynlərin iştirakı ilə keçirilən görüşdə balaca Poladçılar Novruzzadə Səbinə və Əli Hüseyn öz şeir töhfələri ilə qəhrəmanı yad etdilər. Vətənpərvər Poladçılar adından Milli Qəhrəmanın kətan üzərində çəkilmiş portreti “Polad Həşimov” müzeyinə hədiyyə edildi.

Poladçıların çıxışları və hədiyyəsi Sumqayıt şəhəri İcra nümayəndələrinin, bir çox media mənsublarının və II Qarabağ savaşında Vətəni qaraca torpaq saymayan qazilərimizin böyük marağına səbəb oldu. Və belə vətənpərvərlər yetişdirdiyi üçün Könül müəllimin simasında 281 nömrəli tam orta məktəbin kollektivinə təşəkkür etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi