Bir olaq, həmrəy olaq!

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 1989-cu ildə Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhəddinin dağılması ilə qoyulub. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlıların bayramıdır. Bütün bunları diqqətə çatdırmağa çalışani məktəbin 5”C” sinfi rəqs, mahnı və şeirləri ilə hər kəsi təbrik etdilər, bütün azərbaycanlıları həmişə həmrəy olmağa çağırdılar.
Sonda torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhid və qazilərimizin qəhrəmanlıqları həmrəyliyin bariz nümunəsi kimi böyük sevgi və qürurla anıldı.