Qalib xalqın qalib sərkərdəsi!

24 dekabr 2021-ci il Ali Baş Komandan, bizə Qələbə sevincini yaşadan, qalib dövlətin başçısı İlham Əliyevin doğum günüdür. Tarix müəllimi Səriyə Əhmədova 8”A”sinfi ilə birlikdə İlham Əliyevin həyat yoluna nəzər yetirdilər. Gördüyü işlər, uğurlu siyasəti nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan qalib sərkərdə haqqında topladıqları məlumatları çatdırdılar. Dərsdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Arzu müəllimə də öz fikirlərini söylədi.