“Həyat yolları” adlı tədbir

23 dekabr 2021ci il tarixində məktəbin ibtidai sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə 4”Ç” sinfində Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirə başlamadan öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir başlandı. Tədbirdə şagirdlər tərəfindən şeirlər və mahnılar səsləndirildi. Prezidentin “Həyat yolları” ilə bağlə təqdimatlar göstərildi. Tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılandı