Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Dəyirmi masa”

Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarından biridir. Onun poeziyasında hər bir mövzu və hadisə mütəfəkkir şair qəlbindən keçərək, dərin ictimai və fəlsəfi məzmun almışdır.

Şairin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin sonu kimi 22 dekabr 2021 ci il tarixində məktəbin kitabxanasında kitabxanaçılar Nuridə Quliyeva, Səyyarə Əlixanova və Azərbaycan dili və ədabiyyat müəllimi Xalidə Sadıqova 8”E” sinifində Nizami Gəncəvinin “Xəmsə” yaradıcılığı haqqında “Dəyirmi masa” keçirtdi. Şairin yaradıcılığı haqqında geniş məlumat toplayan şagirdlər onun yaradıcılığında mühüm rol oynayan “Xəmsə”əsəri və orada verilən əsas ideyalar haqqında danışdılar. Nizami Gəncəvi heç də ancaq dövrünün şahlarını təsvir edəcək əsərlər yaratmamış daha çox öz düşüncələrini qələmə almışdır.Ona görə də onun əsərləri, aforizmləri illər ötsə də öz aktuallığını itirmir və nəsildən nəslə keçir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi