Ulu Öndər Heydər Əliyevin "Anım günü"nə həsr olunmuş təqdimat

Məktəbin tarix müəllimi İsmayılzadə Gülşən 5"E" sinif şagirdləri ilə Ulu Öndər Heydər Əliyevin "Anım günü"nə həsr olunmuş təqdimat keçirdi. Şagirdlərdən Xəlilova Nərmin ulu öndərə həsr olunmuş şeir söylədi. Rzayev Murad, Sadıqov Əli "Müstəqil Azərbaycanın qurucusu" mövzusunda hazırladıqları məlumatı paylaşdılar. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev dahi siyasətçinin keçdiyi həyat yolundan, onun davamçısı İlham Əliyevin "Dəmir yumruq" əməliyyatından geniş danışaraq məlumat verdi. Tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva uşaqların çıxışlarını bəyəndiyini söyləyərək onlara gələcəkdə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi