“Azərbaycan – ana yurdum” mövzusunda təqdimat

Vətənə və onun dəyərlərinə hörmət hissini uşaq yaşlarından formalaşdırmaq lazımdır. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən VII”D” sinif şagirdləri ilə birgə “Azərbaycan – ana yurdum” mövzusunda təqdimat keçirtdi. Vətənimizin tarixi və mədəni abidələri, mənəvi dəyərləri mövzusunda təqdimat hazırlayan uşaqlar arzu, istəklərini sevə-sevə nümayiş etdirdilər. Qız qalası, xarı bülbül, uca dağlar, gen dərələr, köhlən atlar, nazlı bulaqları vətənimizin simvolu kimi dəyərləndirən şagirdlər bu dəyərləri sevməyi və qorumağı özlərinin əbədi borcu hesab etdilər.