“İnsan alveri bəşəri faciə və mənəvi terrordur” mövzusunda diskusiya

Yaşadığımız cəmiyyətin ən böyük bəlalarından biri də insan alveridir. Bu bəlanın aradan qaldırılması, onun qurbanı olmamaq, ona qarşı mübarizə üsullarını bilmək hər bir vətəndaşın borcudur. Bu borcun mahiyyətini açmaq üçün məktəbin psixoloqu Nurlanna Əhmədova VII-IX sinif şagirdləri ilə birgə akt zalında “İnsan alveri bəşəri faciə və mənəvi terrordur” mövzusunda diskusiya keçirdi. Uşaqlarla söhbətdən aydın oldu ki, bu bəlaların başında savadsızlıq, hüququnu bilməmək və ən əsası da ailə münasibətləri durur.