“QİÇS nədir?” mövzusunda psixoprafilaktik söhbət

      Hər il dekabr ayının 1-də bütün dünyada olduğu kimi Azərbaycanda da “Ümumdünya QİÇS-lə Mübarizə Günü”  qeyd olunur. Məktəbin psixoloqu Nurlanna Əhmədova X cə XI sinif şagirdləri ilə “QİÇS nədir?” mövzusunda psixoprafilaktik söhbət apardı. O, əvvəlcə xəstəlik haqqında məlumat verdi. QİÇS-in Qazanılmış İmmunçatışmazlığı Sindromu olduğunu, insanın immun sisteminin dərin zədələnməsi nəticəsində bir sıra mikroblara və bədxassəli şişlərə qarşı orqanizmin müqaviməti azaldığını qeyd etdi. Bu xəstəliyin bir neçə yolla ötürüldüyünü dedi:

1.Cinsi yolla - İİV-ə yoluxmuş insan öz cinsi partnyorunu yoluxdura bilər. 

2.Qan vasitəsilə ilə - İİV-ə yoluxmuş qanın köçürülməsi, dezinfeksiya edilməmiş tibb və məişət alətlərinin təkrar istifadəsi ilə virus digər insana ötürülə bilər.

3.Hamilə anadan uşağa - Hamiləlik zamanı, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində virus yeni doğulmuş uşağa ötürülə bilər. Eyni zamanda psixoloq qeyd etdi ki, nəfəs, öskürmək və asqırmaqla, əl verib görüşməklə, qucaqlaşmaqla, ictimai nəqliyyatdan istifadə zamanı, qida və su vasitəsilə virus ötürülmür. Şagirdlər də bildikləri məlumatları söhbət zamanı bölüşdülər. Onlara “Əsrin bəlası” adlandırılan bu xəstəlik haqqında videoçarx təqdim olundu. Sonda Nurlanna xanım vurğuladı ki, milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan QİÇS-ə yoluxa bilər!

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi