Yol hərəkəti qaydaları və yol nişanları” mövzusunda tədbir

Bu gün məktəbin ibtidai sinif müəllimi Dadaşova Pərvanə rəhbərlik etdiyi 2”F” STS şagirdləri ilə “Yol hərəkəti qaydaları və yol nişanları” mövzusunda tədbir keçirdi. Tədbirdə Tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva iştirak edirdi. Tədbiri giriş sözü ilə açan sinif rəhbəri mövzu haqqında geniş məlumat verdi. O qeyd etdi ki, yol hərəkəti qaydaları yolda, küçədə insanların təhlükəsizliyini təmin edir, onların həyatını qoruyur. Şagirdlər ayrı-ayrılıqda yol nişanları barədə bilik və bacarıqlarını nümayiş etdirdilər. Hazırladıqları plakatlar, çəkdikləri şəkillər də mövzunu tam əhatə edirdi. Tədbirin sonunda şagirdlərin ifasında səslənən Yol mahnısı dinləyicilərə xoş təsir bağışladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi