“İnsan hüquq və azadlıqları” mövzusunda diskusiya

29 noyabr tarixində məktəbin Tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyevanın təşkilatçılığı ilə akt zalında pandemiya şərtlərinə əməl olunmaqla VII və X sinif şagirdlərinin iştirakı ilə “İnsan hüquq və azadlıqları” mövzusunda diskusiya keçirildi. Arzu xanım qeyd etdi ki, hər kəsin doğulduğu andan toxunulmazlıq, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Şagirdlər tədbirdə böyük fəallıq göstərərək onları maraqlandıran suallar verdilər. Sonda Arzu Əliyeva bir daha vurğuladı ki, hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.